KLİNİKAMIZ

12 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 025611 saylı Lisenziyasını almış Atlas Medical Center, tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi mərkəzdir. Gənc olmasına baxmayaraq Klinikamızın ölkənin tibb xidmətləri sektorunda özünəməxsus payı var. Son dövrün müştəri məmnuniyyətini müşahidə etdikdə Atlas Tibb Mərkəzinin bir brend kimi formalaşdığı və xüsusi korporativ imic qazandığını qeyd etməliyik.

Mərkəzimiz urologiya, ginekologiya, dermatologiya, mammologiya, qastoenterologiya, endokrinologiya, kardiologiya, manual terapiya və müxtəlif vacib sahələri əhatə edir. Tibb Mərkəzininə ölkədə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində təhsil almış mütəxəssisləri uğurlu fəaliyyətləri ilə özlərini təsdiq ediblər.

Atlas Tibb Mərkəzi ən müasir laborator-diaqnostik baza ilə təchiz olunub və olunmaqdadır. Regionun tanınmış klinik kafedraları və tibbi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edilir. Tibbi heyətin ixtisas artırması, tibbi innovasiyaların və müasir müalicə üsullarının tətbiqi həyata keçirilir.

Klinikamız müştəri məmnuniyyətinə çox həssas yanaşdığı üçün qiymətlərimiz bütün sosial təbəqələrə əlverişlidir, həmçinin daima güzəştlər və himayədarlıq tədbirləri reallaşdırmaqdayıq. Ölkənin tibb mərkəzləri üçün ənənəvi olmayan distant müalicə kursları məhz Atlas Tibb Mərkəzində həyata keçirilir. Bunun vasitəsilə də siz canlı kontaktda olmadan, yəni klinikamıza gəlmədən internetlə mütəxəssislərimizin müalicə kurslarını ala bilərsiniz.

ATLAS TİBB MƏRKƏZİ

Baki şəhəri, Xətai prospekti 15
Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az