Check-Up

Check-up heç bir xəstəlik və ya şikayət olmadan, insanda mövcud ola biləcək xəstəliyin və ya bu xəstəliyin erkən simptomlarının və gələcəkdə hər hansı bir xəstəliyə yol aça bilən risk faktorlarının qabaqcadan ortaya çıxarılmasını təmin edən müxtəlif müayinə və laborator müayinə metodlarını özündə birləşdirən və ən azı ildə bir dəfə aparılması məsləhət görülən periodik sağlamlıq müyinəsinə verilən addır.


Səhiyyə sistemində müasir standartlar səviyyəsində tibbi xidmət göstərməyi qarşısına məqsəd qoyan "Atlas Tibb Mərkəzi" yüksək səviyyəli tibbi kadrları və müasir texnologiyanı birləşdirərək xalqımızın sağlamlığının keşiyində durmağı vəzifə borcu bilir.

Bütün bunları nəzərə alaraq hamı üçün, yaşından və cinsindən asılı olmayaraq, nəzərdə tutulmuş Check-up proqramı həyata keçiririk. Səhhətindən asılı olmayaraq hər bir adamın bu proqramdan keçməyi məqsədə uyğundur.

ATLAS TİBB MƏRKƏZİ

Baki şəhəri, Xətai prospekti 15
Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az