Pediatriya
“Atlas Tibb Mərkəzi"ndə pediatrik şöbə fəaliyyət göstərir ki, bu şöbədə təcrübəli, peşəkar tibb mütəxəssislər – pediatrlar, uşaq nevropatoloqları, kardioloq, okulist, LOR, dəri-zöhrəvi və s. həkimlər – çalışırlar.
Klinikamızda uşaqların yüksək səviyyədə müayinəsi, diaqnostikası və müalicə-profilaktikası həyata keçirilir.
Lazım gəldikdə uşaqlar elektroensefaloqrafiya, neyrosonoqrafiya, rentgenoqrafiya, kompyuter tomoqrafiyası, USM, PZR, exokardioqrafiya, EKQ və digər laborator – instrumental müayinələrdən keçirilir.
Pediatrik şöbədə xəstəliklərin müalicəsindən əlavə profilaktikasına da fikir verilir. Belə ki, burada sağlam uşaqların profilaktik müayinəsi və onlara profilaktik peyvəndlərin edilməsi də həyata keçirilir. Bu peyvəndlərin müvafiq sxemlərlə yerinə yetirilməsi ağır kəskin infeksion xəstəliklərin qarşısını almağa imkan yaradır.
Hazırda “Atlas Tibb Mərkəzi"ndə göy öskürək, difteriya, tetanus, poliomielit, Hepatit A və B, qızılca, parotit, məxmərək, Haemophilus influenzae və s. xəstəliklərə qarşı profilaktik peyvəndlər edilir.
Daim özünüzün və uşaqlarınızın sağlamlığının keşiyində durmağı unutmayın!

ATLAS TİBB MƏRKƏZİ
Baki şəhəri, Xətai prospekti 15Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az
Copyright © 2010
Programming by DreamArt



