Allerqologiya və s.
Allerqologiya – allergik xəstəliklərin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Allergiya zamanı orqanizm bir sıra maddələrə qarşı hiperhəssaslıq vəziyyətində olur və xarici mühit qıcıqlarına qarşı qeyri-adekvat cavab reaksiyası verir. Klinikamızda bronxial astma, allergik rinit, pollinoz, atopik dermatit və s. kimi allergik xəstəliklərin kompleks müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Klinikamızın mütəxəssislərinin xidmətində dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator-diaqnostik baza fəaliyyət göstərir. Bu müayinələrə aşağıdakılar daxildir:
- Qida və tənəffüs allergenlərin təyini
- Qanın biokimyəvi və immunoloji testləri
- Döş qəfəsinin rentgenoqrafiyası
- Burun boşluğu, burun-udlaq və qırtlağın endoskopik müayinəsi.
Orqanizmə daxil olma yollarından asılı olaraq tənəffüs, qida, dəri allergenləri ayırd edilir. Bu allergenləri təyin etmək üçün Klinikanın laboratoriyasında xüsusi test aparılır. Allergiyadan əziyyət çəkən insanlarda bu allergenlərlə təmas nəticəsində qanda xüsusi İgE antitelləri əmələ gəlir. Göstərilən metod həmin antitellərin təyininə əsaslanır.

ATLAS TİBB MƏRKƏZİ
Baki şəhəri, Xətai prospekti 15Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az
Copyright © 2010
Programming by DreamArt



