Kompyuter Tomoqrafiya
Kompyuter Tomoqrafiyası müasir şüa diaqnostikasında ən çox istifadə olunan və ən informativ vasitələrdən biridir. Kompyuter Tomoqrafiyası nın işləməm prinsipi rentgen müayinəsi ilə oxşar olub, hər iki müayinənin əsasın da X-ray (rentgen şüaları) durur.
Kompyuter Tomoqrafiyası müayinəsi ilə insan bədəninin istənilən nahiyəsindən axial (köndələn) kəsiklərdə görüntülər almaq olur. Bundan əlavə olaraq alınan görüntülər 30 rekonstruksiya olunaraq daha çox informasiya əldə edilə bilər.
“Atlas Tibb Mərkəzi”ndə Kompyuter Tomoqrafiyası vasitəsi ilə aşağıdakı müayinələr aparılır:
- Kəllənin kompyuter tomoqrafiyası
- Üz skeletinin kompyuter tomoqrafiyası 3 D rekonstruksiya ilə
- Boyun nahiyəsinin kompyuter tomoqrafiyası
- Döş qəfəsinin kompyuter tomoqrafiyası
- Yuxarı qarın boşluğunun kompyuter tomoqrafiyası
- Aşağı qarın boşluğunun kompyuter tomoqrafiyası
- Böyrəküstü vəzilərin kompyuter tomoqrafiyası
- Kiçik çanağın kompyuter tomoqrafiyası
- Onurğa sütununun bel nahiyəsinin disk aralığının kompyuter tomoqrafiyası
- Kiçik çanaq sümüklərinin kompyuter tomoqrafiyası 3 D rekonstruksiya ilə
- Orbitanın kompyuter tomoqrafiyası (aksial və koronar)
- Gicgah sümüklərinin kompyuter tomoqrafiyası (aksial və koronar)
- Paranazal sinusların kompyuter tomoqrafiyası (aksial və koronar)
- Boyun fəqərələrinin kompyuter tomoqrafiyası
- Döş fəqərələrinin kompyuter tomoqrafiyası
- Bel fəqərələrinin kompyuter tomoqrafiyası
- KT altında diaqnostik və müalicəvi müdaxilələr (biopsiya və s.)
Müayinənin nəticələri plyonkaya, rəngli kağıza və ya CD-yə yazılaraq pasiyentlərimizə təqdim edilir.

ATLAS TİBB MƏRKƏZİ
Baki şəhəri, Xətai prospekti 15Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az
Copyright © 2010
Programming by DreamArt



