Elektroensefaloqrafiya

Elektroensefaloqrafiya – baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün ən təhlükəsiz  və əlverişli müayinə üsuludur. Baş beyinin elektrik aktivliyi çox aşağı olub voltun milyonda bir hissələri ilə ölçülür, buna görə də onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur.

Müayinə aşağıdakı şəkildə aparılır:
Rezin şlemlər vasitəsilə baş nahiyəsinə kiçik elektrodlar bərkidilir. Elektrodlar ötürücülər vasitəsilə elektroensefaloqrafa birləşdilir. Elektroensefaloqraf onlardan alınmış siqnalları gücləndirərək göstəriciləri kompüterə daxil edir. Müayinə vaxtı xəstə gözləri qapalı vəziyyətdə oturur.
Epilepsiya xəstəliyinin diaqnostikası və müalicə zamanı xəstəliyin dinamikasını müşahidə etmək üçün elektroensefaloqrafiya metodunun rolu əvəzsizdir. EEQ ilk növbədə epileptik tutmanı qeyri epileptik tutmadan fərqləndirməyə və klassifikasiya etməyə imkan verir.

EEQ vasitəsilə aşağıdakılar təyin oluna bilər:
•    Tutmalara səbəb olan patoloji ocaqların lokalizasiyaları
•    Dərman preparatlarının qəbulundan sonra xəstəliyin dinamikası
•    Dərman terapiyasına fasilə vermək, yaxud dayandırmaq
 

ATLAS TİBB MƏRKƏZİ

Baki şəhəri, Xətai prospekti 15
Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az