Endokrinologiya

Endokrinologiya – tibb elminin daxili sekresiya vəzilərinin fəaliyyəti və xəstəlikləri ilə məşğul olan bir sahəsidir.
Daxili sekresiya vəziləri müxtəlif hormonları sintez edərək qana ifraz edir, bu hormonlar orqanizmin ayrı-ayrı orqan və sistemlərinə, mübadilə proseslərinə təsir göstərir. Orqanizmin həyati vacib prosesləri hesab olunan böyümə, inkişaf, maddələr mübadiləsi və s. kimi proseslərin tənzimlənməsində endokrin sistemin rolu əvəz edilməzdir.
Endokrin sistem xəstəliklərinə şəkərli diabet, piylənmə, hipofiz, böyrəküstü,qalxanabənzər və qalxanabənzərətraf vəzlərin xəstəlikləri və s. aiddir. Müasir endokrinologiyanın araşdırdığı sahələrdən qastroenteropankreatik neyroendokrin şişlər,osteoparoz,metabolik xəstəlikləri qeyd etmək olar.Endokrin xəstəliklər bir çox səbəblərdən yarana bilər. Buraya genetik anomaliyalar və irsi meyillilik, orqanizmdə gedən iltihabi proseslər, stress, immun sistemin pozğunluqları, travmalar, toxumaların hormonlara qarşı həssaslığının azalması və s. aid edilə bilər.
Endokrin xəstəliklərin ən əsas diaqnostikası laborator olaraq qanda hormonların təyini təşkil edir. TSH, sərbəst T3, T4, tireoid mikrosomların, tireoqlobulinə, tireoid peroksidazaya qarşı antitellər və s-in yoxlanılması qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikasında vacib rol oynayır. Mədəaltı vəzinin xəstəliklərində ,xüsusən şəkərli diabetdə C-peptid, qilkohemoqlobin, insulin, proinsulin təyini,şəkər yükləmə testi çox informativdir.
Reproduktiv sistem xəstəliklərində FSH, LH, prolaktin, E2, progesteron, total və sərbəst testosteron, 17-OH-progesteron, dehidroepiandrosteron-sulfat və.s hormonlar yoxlanılır. Böyrəküstü vəzi xəstəliklərində isə kortizol, AKTH təyini,dexametazonla supressiya testi vacib hesab edilir. Endokrinoloqun daha optimal müalicə metodunu təyin etməsi üçün daxili sekresiya vəzilərinin və daxili orqanların ultrasəs müayinəsi, kardioloji müayinələr, damarların Doppleroqrafiyası, rentgen, KT, MRT müayinə üsullarından, digər ixtisas həkimlərinin konsultasiyalarından istifadə edilir.

ATLAS TİBB MƏRKƏZİ

Baki şəhəri, Xətai prospekti 15
Tel: (+99412) 496 96 06 / 07 / 08
Faks: (+99412) 496 96 10
E-mail: info@atlasmed.az